"Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu
22.12.2022 - 00:38
"Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo bu qış İtaliya klubunu tərk edə bilər.

Apasport.az xəbər verir ki, "Yuventus"un rəhbərliyi yarımmüdafiəçini təxminən 15 milyon avroya buraxmağa razılaşıb.

27 yaşlı Fransa millisi ilə son dünya ikincisi olmuş Adrien Rabyo 2019-cu ilin iyulundan "Yuventus"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 145 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

0