Millətlər Liqasının III turu əksər qruplarda liderlərin dueli ilə əlamətdar olacaq.
Apasport.az saytının məlumatına görə, ən zəiflərin yer aldığı D liqasında Moldova Latviyanı qəbul edəcək.
Qrup liderlərinin oyununa futbol eksperti Aleksandr Alekseyenko da proqnoz verib:
D liqasının 1-ci qrupunun liderlərinin görüşündə bukmekerlər də favoriti müəyyənləşdirə bilməyib. FİFA reytinqində meydan sahibləri 180-ci, qonaqlar 135-cidir. Baltikyanı ölkə təmsilçisi bu sıralamada üstün olsa da, bu dəfəki qarşılaşma Moldovada keçiriləcək. Ev sahibləri qələbə qazana bilər. Ümumilikdə isə rəqiblər oyun və heyət baxımından təxminən bərabərdirlər.
İlk iki turda Moldova səfərdə Lixtenşteyni 2:0 hesabı ilə məğlub etsə də, gözlənilmədən Andorra ilə qolsuz heç-heçə edib. Latviya isə hər iki rəqibini evdə sınağa çəkib. Baltikyanı ölkə təmsilçisi Andorranı 3:0, Lixtenşteyni 1:0 hesabı ilə yenib. Göründüyü kimi hər iki komanda hələ qol buraxmayıb. Amma bu dəfə tərəflərin hər biri qol vura bilər. Çünki məhz onların duellərində C liqasına vəsiqənin sahibi müəyyənləşməlidir.
Bu yığmalar Avropanın digər komandaları fonunda zəifdir. Amma D liqasında qələbələr qazanmağa başlayıblar. Latviyanı qrupun favoriti saymıram. Moldovanın onları keçə biləcəyini düşünürəm. Onların bu qarşılaşmada minimal fərqlə də olsa qələbəsini gözləyirəm.
Proqnozum: 1
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?