Boksçumuz lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb
30.05.2024 - 11:14
Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib.
Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).
Boksçu 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də baş tutacaq.
Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.
- Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
- Azərbaycan boksçuları Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
- Azərbaycan boksçuları Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
- Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
- U-15 Azərbaycan kubokunun qalibləri müəyyənləşib
0
0