Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində cüdo texnikaları üzrə imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, U-14 və U-17 yaş kateqoriyalarını əhatə edəcək imtahanda müvafiq olaraq U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə biləcəklər.
İştirak könüllü xarakter daşıyır. Bununla yanaşı, imtahan nəticələrinin ümumi bala təsir etməsi üçün idmançıların yarışda və ya rəsmi çəki prosesində iştirak etməsi vacibdir. Çəki limitini 5 faizdən artıq aşan idmançıların imtahan nəticələri nəzərə alınmayacaq.
Qiymətləndirmə sisteminə əsasən, yarışda qazanılan xalların 70 faizi, imtahanda əldə olunan nəticələrin isə 30 faizi yekun bala əlavə ediləcək. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığının, həm də yarış performansının paralel şəkildə inkişafına xidmət edir.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək