Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxa bilməyəcək.
Apasport.az xəbər verir ki, Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə qarşılaşmada qadağan olunmuş fənd tətbiq etdiyi üçün birbaşa “hansoku-make” cəzası alıb və buna görə bürünc medal görüşündən uzaqlaşdırılıb.
Bu gün tatamiyə çıxan digər idmançılar – Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə çıxışlarını erkən başa vurublar.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 4 medalla tamamlayıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) isə bürünc medal qazanıblar.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək