Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 22–26 dekabrda I və II dan dərəcələri üzrə seminar və imtahan təşkil edib.
Apasport.az xəbər verir ki, tədris prosesinə ümumilikdə 30 nəfər cəlb olunub.
Proqram çərçivəsində I dan dərəcəsi üzrə "Nage-no-Kata", II dan dərəcəsi üzrə isə "Katame-no-Kata" istiqamətində nəzəri və praktik məşğələlər keçirilib, iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Tədbirə Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru Mehmet Yılmaz da dəvət olunaraq təcrübə mübadiləsində iştirak edib.
ACF dan dərəcələrinin inkişafı istiqamətində məşqçilər üçün təlim və imtahan proseslərini mütəmadi şəkildə davam etdirir.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu