Cüdo üzrə böyüklər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, həmçinin milli komandaların məşqçi heyəti iştirak edib.
Federasiya rəhbərliyi qarşıdan gələn Avropa çempionatı öncəsi milli üzvləri ilə bir araya gələrək idmançılara etimadlarını ifadə edib, turnirin məsuliyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan cüdoçularının qitəmiqyaslı mötəbər yarışda uğurlu nəticələr əldə edəcəyinə inam ifadə olunub.
Eyni zamanda, idmançılara yarışöncəsi son tövsiyələr verilib, tatamidə intizam, soyuqqanlılıq və düzgün taktiki yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Görüşün sonunda cüdoçulara uğurlar arzulanıb.
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Azərbaycan qitə çempionatında 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olunacaq.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu