İyunun 9-10-da məktəblilərin cüdo üzrə Respublika çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə baş tutacaq.
Respublika çempionatında ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 123 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 400-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Qaliblər 20 çəki dərəcəsində 13 yaşa qədər qızlar və oğlanlar arasında bəlli olacaq.
Qeyd edək ki, yarışa seçim məqsədi ilə Göyçay, Beyləqan, Şirvan, Astara, Göygöl, Şəki, Bakı, Sumqayıt, Qazax, İsmayıllı, Ağcabədi və Xaçmazda keçirilən turnirlərdə ümumilikdə 1200-dən çox cüdoçu iştirak edib.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq