Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşib
02.05.2024 - 19:25
Cüdoçularımızın “Böyük dəbilqə”də ilk rəqibləri müəyyənləşib

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, sabah start götürəcək yarışda qadınlardan ibarət Azərbaycan millisi də iştirak edəcək.

Yığmamız turnirə 5 cüdoçu ilə qatılacaq. Onların Düşənbədəki ilk rəqibləri bəlli olub.

48 kq. Leyla Əliyeva – Asmita Dey (Hindistan)
52 kq. Gültac Məmmədəliyeva – Marina Kastello (İspaniya) / Amber Rihel (Belçika) cütünün qalibi
52 kq. Aydan Vəliyeva – Lea Metro (Fransa)
57 kq. Açeliya Toprak – Maisa Pardayeva (Türkmənistan)
57 kq. Fidan Əlizadə - Qi Çai (Çin)

0