Gəncədə kəmər dərəcələri üzrə imtahan keçirilib - FOTO
01.04.2026 - 19:35
Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.
- Cüdo üzrə Liqa yarışının I turuna start verilib
- 15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
- Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
- "Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
- Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib
0
0