Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir.
Apasport.az xəbər verir ki, təmsilçimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.
Dünya çempionunun 8798 xalı var. Abu-Dabidəki qızıl medal Azərbaycan idmançısına cədvələ uzun müddətdir başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib.
Hazırda Matias ikinci (7932), digər azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) isə üçüncü yerdədir. Dünya çempionumuzun hesabında 7022 xal var.
Qeyd edək ki, hər iki cüdoçu hazırda Azərbaycan millisinin Poreçdəki (Xorvatiya) təlim-məşq toplanışındadır.
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
- 2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
- Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək
- Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək