İlin son cüdo turniri Tokioda keçiriləcək
14.10.2024 - 17:52
Cüdo üzrə Dünya turunun son məkanı bəlli olub.
Apasport.az xəbər verir ki, tura Tokioda yekun vurulacaq.
Bu şəhərdə beynəlxalq cüdo təqvimində ilin yekun turniri - "Böyük dəbilqə" yarışı keçiriləcək. Yaponiyanın paytaxtı dekabrın 7-8-də reytinq turnirinə ev sahibliyi edəcək.
Qeyd edək ki, dünən Abu-Dabidə keçirilən "Böyük dəbilqə" turnirinə yekun vurulub. Azərbaycan yığması yarışa 4 medal qazanıb. Zelim Tskayev (81 kq) çempion, Uşangi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) və Açelya Toprak (57 kq) isə bürünc medallara layiq görülüb.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
0
0