Millimizin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşdi
09.04.2026 - 16:33
Millimizin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşdi

Avropa çempionatına hazırlığını davam etdirən cüdo üzrə milli komandamızın media üçün açıq məşqi təşkil olunub.

Apasport.az xəbər verir ki, Azərbaycanı mötəbər turnirdə təmsil edəcək ilkin heyət artıq müəyyənləşib.

İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. Milli komandamızın yekun heyəti isə yarışa az qalmış açıqlanacaq.

Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə yarışında 46 ölkədən 409 cüdoçu (232 kişi və 177 qadın) 14 dəst medal uğrunda mübarizə aparacaq.

Milli komandamızın ilkin heyəti:

Kişilər 

60 kq
Balabəy Ağayev
Əhməd Yusifov

66 kq
Turan Bayramov 

73 kq
Hidayət Heydərov

81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

90 kq
Murad Fətiyev

100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar 

48 kq
Könül Əliyeva
Şəfəq Həmidova

52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova