Martın 14-15-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa Açıq Turnirində Azərbaycanı 19 cüdoçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, yarışda 9 çəki dərəcəsində 15 kişi, 4 qadın idmançı tatamiyə çıxacaq.
Bunlar Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli, Günel Həsənli (hər ikisi 78 kq), Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Camal Feyziyevdir (+100 kq).
Kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov kollektivə rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.
- Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb
- Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
- İbrahim Talıbov Yay Olimpiya Oyunlarında yarışacaq
- Cüdoçularımızın Əbu-Dabi Böyük Dəbilqəsində rəqibləri bəlli olub
- Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək