Ölkədə daha bir Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Qusar Olimpiya İdman Kompleksində yeni Cüdo Təlim Mərkəzi açılıb.
Açılış mərasimində Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Onlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Mərkəz 520 kv.m sahəni əhatə edir. Burada 250 kv.m sahəsi olan cüdo və fiziki hazırlıq zalları mövcuddur. Əsas zal Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın Zebra şirkətinin tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zalı da bütün lazımi avadanlıqlarla təchiz edilib.
Binada gözləmə zalı, məşqçi otağı, paltardəyişmə otaqları da mövcuddur. Bundan əlavə, mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb.
- Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO
- 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib
- U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub
- Ölkə birinciliyi: 5 çəki dərəcəsində medalçılar bəlli olub - FOTO