U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub
20.12.2025 - 20:09
U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub

17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə ümumilikdə 146 cüdoçu 5 çəki dərəcəsində mübarizə aparıb.

Gün ərzində qızlar arasında -48 kq və -63 kq, oğlanlar arasında isə -60 kq, -81 kq və +90 kq çəki dərəcələrində medalçılar müəyyənləşib.

Qeyd edək ki, ölkə birinciliyində sabah komandalararası yarışlar keçiriləcək.

Üçüncü günün qalib və mükafatçıları:

Qızlar

-48 kq

Fatimə Fərmanzadə (RKİM)

Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Nərgiz Məmmədova (RKİM)

Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-63 kq

Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Türkan Məmmədli (Qədiroğlu İK)

Pəri Məmmədli (Judo Club 2012)

Aydan Bağırlı (Judo Club 2020 İK)

Oğlanlar

-60 kq

Məhəmmədəli Hüsüyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Mehman Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

İlkin Qarayev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

-81 kq

Amin Mehdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Oktay Bəndəliyev (Şuşa UGİM)

Yaqub Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Ayxan Həsənli (ACF)

+90 kq

Tamerlan Əliyev (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

Sabir Bərxudarlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

Hüseyn Hüseynli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)