Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Apasporf.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası (ACF) açıqlayıb.
Açılış tədbirində ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 100 kvadratmetrdir. Zalda həmçinin məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Yeni zalda 100 idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.
Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi və Qəbələnin Vəndam qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu