[b]DÇ-2018: Salahdan yeni xəbər[/b]
14.06.2018 - 17:06
[b]DÇ-2018: Salahdan yeni xəbər[/b]

Misir millisinin hücumçusu Məhəmməd Salahın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, o, Uruqvayla keçiriləcək matçda meydana çıxa biləcək.

 

Misir yığmasının baş məşqçisi Ektor Kuper oyun öncəsi keçirilən mətbuat konfransında Salahın zədəsini tamamilə sağaltdığını və oynamağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Salah Çempionlar Liqasının finalında “Real”la oynanılan matçda çiynindən zədə almışdı.

0