[b]Rus futbolçu dünya çempionatında rekord müəyyənləşdirdi[/b]
20.06.2018 - 12:43
[b]Rus futbolçu dünya çempionatında rekord müəyyənləşdirdi[/b]

Rusiyanın Misiri 3:1 hesabı ilə məğlub etdiyi matça Artyom Zyuba damğa vurub. Apasport.az saytının “Instat”a istinadən məlumatına görə, rusiyalı futbolçu vurduğu qolla yanaşı, təkbətək mübarizələrdəki üstünlüyü ilə diqqət çəkib.

Zyuba Misirlə görüş ərzində 55 dəfə ikili mübarizələrdə iştirak edərək, DÇ-2018-in ən yaxşı göstəricisinə imza atıb. Sözügedən göstərici üzrə ikinci sırada Kolumbiya millisinin hücumçusu Radamel Falkao (32 ikili mübarizə) qərarlaşıb.

Qeyd edək ki, Zyuba 55 təkbətək mübarizənin 23-dən qalib ayrılıb. Bu da turnirin rekordu hesab olunur. Hücumçunun ən yaxın izləyicisi Uruqvay millisinin müdafiəçisi Dieqo Qodindi (19).

0