DÇ-2023: Azərbaycan Portuqaliyaya rəqib oldu
29.06.2022 - 13:06
DÇ-2023: Azərbaycan Portuqaliyaya rəqib oldu

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.

Püşkə əsasən yığmamız Portuqaliyaya rəqib olub. Həndbolçularımız ilk görüşü evdə keçirəcəklər. Komandalar arasında birinci oyun noyabrın 2-3-də, ikinci matç 5-6-da olacaq.

Qeyd edək ki, bu mərhələdə Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda mübarizə aparacaq. Qaliblər pley-offa yüksələcəklər. 

0
DİGƏR XƏBƏRLƏR
Loading...