Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətinə tətbiq olunan sanksiyanın müvəqqəti ləğv edildiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, BOK İcraiyyə Komitəsinin yaydığı rəsmi məlumata əsasən, qərar Hüquq Məsələləri Komissiyasının apardığı ətraflı təhlildən sonra qəbul edilib.
Bildirilib ki, Rusiya Olimpiya Komitəsinin tərkibində artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyasına aid ərazilərdə fəaliyyət göstərən regional idman təşkilatları yer almır. Bundan əlavə, ROK həmin ərazilərdə fəaliyyət göstərməyəcəyini də təsdiqləyib.
BOK bununla belə, Rusiya Olimpiya Komitəsinin sözügedən ərazilərlə bağlı fəaliyyətini izləməyə davam edəcəyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görə biləcəyini vurğulayıb.
Qeyd edək ki, BOK 12 oktyabr 2023-cü ildə Rusiya Olimpiya Komitəsinin üzvlüyünü dayandırmışdı.
Buna səbəb ROK-un Ukraynanın işğal altındakı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional idman təşkilatlarını öz tərkibinə daxil etməsi olmuşdu.
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi
- Oxatanlarımız Dünya Kubokunun IV mərhələsində mübarizə aparacaqlar
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal