[b]Kamran Şahsuvarlı da Rioya lisenziya qazandı, iki boksçumuz mübarizəsiz çempion oldu[/b] - YENİLƏNİB
25.06.2016 - 20:54
[b]Kamran Şahsuvarlı da Rioya lisenziya qazandı, iki boksçumuz mübarizəsiz çempion oldu[/b] - YENİLƏNİB

Bu gün Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 2 çəki dərəcəsində həlledici döyüşə Azərbaycan yığmasının boksçuları da çıxacaqlar.

 

49 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Hüseynov finalda ispaniyalı Samuel Karmona ilə qarşılaşmalı idi. Hər iki boksçu olimpiya lisenziyasını təmin etdiyindən, bu görüş formal xarakter daşıyırdı. Lakin ispaniyalı idmançı döyüşə çıxmadığı üçün həmyerlimizə qələbə verilib.

 

81 kq

Son 2 görüşü döyüşmədən keçirən Teymur Məmmədov finalda almaniyalı Serge Mixellə düşsə də, bu görüşdə də döyüşməyə ehtiyac qalmayıb. Rəqib matçdan imtina etdiyindən Teymur qızıl medala sahib olub.

 

Qeyd edək ki, kişilərdən ibarət boks yığmamız Olimpiadaya tam heyətlə yollanacaq. Belə ki, 75 kq çəki dərəcəsində təmsilçimiz Kamran Şahsuvarlı da lisenziya əldə edib. Bunun üçün Kamranın ¼ finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməli idi. İlk "beşliy"in Rioya vəsiqə qazandığı çəki dərəcəsində çempion məhz Oreylli olub. Belə ki, Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıxmaqdan imtina edib. Nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına lisenziya qazanıb. 

0