999 əmsallıq təkli kupon UDUŞU
28.02.2023 - 15:17
999 əmsallıq təkli kupon UDUŞU

Bukmeker kontorlarında qeyri-adi uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Milli Hokkey Liqasının oyununda sevinib.

Müştəri “Vankuver” – “Boston” matçına mərc gəlib. O, təkli kuponda qapıçılardan birinin oyunun gedişində qol vurmasını təxmin edib. Belə variantın əmsalı 999-a bərabər olub.

Üçüncü hissənin sonlarında 1:2 hesabı ilə uduzan “Vankuver” qapıçısını 6-cı sahə oyunçusu ilə əvəzləməyi lazım bilib. Belə vəziyyətdə şaybanı ABŞ təmsilçisinin qolkiperinə düşüb. O, öz qapısından rəqibin boş qalan çərçivəsini dəqiq nişan alıb.

Buna təkcə bostonlu azarkeşlər deyil, həm də 261,59 rubl (5,86 manat) mərc edən better sevinib. O, 261 min 328,41 rubl (5 min 853,74 manat) uduşa sahib çıxıb.

0