Avstraliyalı otüstü hokkeyçi Mett Dauson Paris Yay Olimpiya Oyunlarında iştirak etmək üçün barmağını kəsib.
Apasport.az BBC-yə istinadla xəbər verir ki, bir müddət əvvəl sağ əlinin üzük barmağını sındıran idmançının Olimpiadada iştirakı şübhə altına düşüb.
Zədədən sonra Dauson barmağından əməliyyat olunmalı və sağalmasını gözləməli idi. Gözləməyə vaxtının olmadığını bildirən 30 yaşlı hokkeyçi üçüncü dəfə Olimpiadaya qatılmaq üçün sağ üzük barmağının yuxarı hissəsini kəsərək komanda yoldaşlarını və məşqçisini təəccübləndirib.
O, əməliyyat olsa belə, sağalma müddətindən sonra barmağının tam funksiyasını bərpa edə bilməyəcəyini vurğulayıb.
Barmağı kəsildikdən sonra Dauson Argentina ilə qarşılaşmada iştirak edə biləcək.
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra