Paris-2024: Gimnastların sayı dəqiqləşdi
14.04.2022 - 00:02
Paris-2024: Gimnastların sayı dəqiqləşdi

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək gimnastların sayı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Fransa paytaxtında ümumilikdə 318 idmançı medallar uğrunda mübarizə aparacaq.

Onlardan 192-si idman, 94-ü bədii, 32-si batut gimnastikasında qüvvəsini sınayacaq. 96 kişi və 96 qadın idman gimnastikasında, 16 kişi və 16 qadın batutda yarışacaq. Bədii gimnastikada 24 nəfər fərdi yarışlara, hərəsində 5 idmançı olan 14 komanda qrup mübarizəsinə qatılacaq.

İdman gimnastikası yarışları iyulun 27-dən avqustun 5-dək, batut gimnastları avqustun 2-də, bədii gimnastlar avqustun 5-8-də çıxış edəcək. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında ümumilikdə 324 gimnast mübarizə aparıb. Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunub.

0