Rusiya və Belarus idmançıları “Brilyant Liqa”da olmayacaq
18.03.2022 - 09:57
Rusiya və Belarus idmançıları “Brilyant Liqa”da olmayacaq

Rusiya və Belarus atletləri “Brilyant Liqa”da iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçıları açıqlayıb.

Ukraynada baş verənlər üzündən Rusiya və Belarus idmançıları seriyanın mərhələlərində iştirakına qadağa qoyulub. Bu ölkələrin atletləri neytral statusla da yarışa qatıla bilməyəcək.

Qeyd edək ki, daha öncə Dünya Atletikası Rusiya və Belarusu bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Azərbaycanı turnirdə üçtəkanla tullanmada mübarizə aparan Nazim Babayev təmsil edəcək.
 

0