Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
21.11.2025 - 13:53
Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu gün keçiriləcək bağlanış mərasimində üçrəngli Azərbaycan bayrağını yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova aparacaqlar.

Həsrət Cəfərov (67 kq) VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb. 

Səbinə Kərimovanın çıxış etdiyi qadınlardan ibarət qılıncoynatma komandasında sablya növü üzrə yarışlarda çempionu olub.

Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da PNU stadiyonu-Şahzadə Nourah Universitetində keçiriləcək.