
Azərbaycan əsilli ukraynalı boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən boks üzrə Avropa çempionatına yerli idmançı üzərində qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız Canik Sahakyanla döyüşdəki qələbəni Ukraynaya həsr edib.
Nəbiyev bunu 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra instaqramdakı paylaşımında açıqlayıb: “Bu gün mayın 24-də Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumundan 3 ay ötür. Mən boks üzrə Avropa çempionatında debüt etdim və qələbə qazandım. Bu qələbə onunla əlamətdardır ki, Ukrayna dövlətçiliyinin yenilməzliyini göstərir. Qələbəni Ukraynaya və qəhrəman şəhər Nikolayevə həsr edirəm”.
Qeyd edək ki, Elmir Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının bürünc mükafatçısıdır.
- Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - FOTO
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
- Azərbaycanı EYOF-da təmsil edəcək velosipedçilər müəyyənləşib
- Almaniyada Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib - FOTO