Dörd oyunda BÖYÜK UDUŞ
06.02.2023 - 18:00
Dörd oyunda BÖYÜK UDUŞ

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər hokkeyə üstünlük verdiyi üçün qazanc əldə edib.

O, cəmi 4 matça proqnoz verib. O, KHL, VHL və MHL görüşlərinə təxminlərini irəli sürüb.

Better iki qarşılaşmada dəqiq hesabı, birində isə “total”ı proqnozlaşdırıb. O, bir görüşdə isə həm yekun nəticə, həm “total”a mərc edib.

Kuponun əmsalı 7328,49-a bərabər olub. 25 rublla (0,59 manat) risk edən proqnozsevər yekunda 183 min 212 rubl (4 min 323,80 manat) uduşa sahib çıxıb.


 

0