Formula-1 üzrə ikiqat dünya çempionu Maks Ferstappen Lyuis Hemiltonun rekordu barədə danışıb.
Apasport.az saytı xəbər verir ki, hollandiyalı pilot inigilis həmkarının uğurunu təkrarlamağın çətin olacağını deyib.
“Red Bull” pilotu Ferstappen 41 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu nominasiyada rekord 103 qələbə ilə Hemiltona məxsusdur. “Onun uğurunu təkrar etmək çox çətindir. Sən uzun müddət əla maşına malik olmalısan. Gələcəkdə necə olacağını bilmirik. Hazırda əldə olunan uğurlardan həzz almağa çalışıram”, deyə hollandiyalı bilirib.
Qeyd edək ki, Maks 2023-cü ildə 8 Qran-Prinin altısında qələbə qazanıb.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı