“Formula 1”: Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
15.09.2024 - 17:04
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışın qalibi mükafatlandırılıb.
"McLaren" pilotu Oskar Piastriyə kubok təqdim edilib. "Ferrari" sürücüsü Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem təqdim ediblər.
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
0
0