“Formula-1”də inanılmaz UDUŞ
19.06.2022 - 17:37
“Formula-1”də inanılmaz UDUŞ

“Formula-1” yarışlarında ən ağlasığmaz kupon bəlli olub.

Apasport.az saytının məlumatına görə, finlandiyalı proqnozsevər 166 min 990 əmsallıq uduşa sevinib.

Adı açıqlanmayan şimallı bu uğuruna iki il öncə Montsadakı yarışda sevinib. O, fransalı Pyer Qaslinin həyatında ilk dəfə mərhələ qalibi olacağını düz tapıb. Baxmayaraq ki, “Alfa Tauri”nin pilotu təsnifatda 10-cu yerlə kifayətlənib. 

Finlandiyalı Karlos Saynsın ikinci, Lens Strollun üçüncü olacağını da öz kuponunda qeyd edib. Sensasiya ilə başa çatan yarışın ilk “üçlüy”ə dəqiq mərc etməsi isə ona 166 min 990 əmsallıq qazanc gətirib. 

O, kuponuna cəmi 20 sent qoyub. Nəticədə “Formula-1”də 33 min 398 avro əldə edib.

0