
Rusiya və Belarus boksçuları beynəlxalq yarışlarda iştirakına qoyulan qadağa aradan qaldırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Boks Assosiasiyası (İBA) verib.
Qurumun direktorlar şurası fevralın 24-də başlayan Rusiya – Ukrayna müharibəsinə görə tətbiq edilən bu qadağanın aradan qaldırılmasına səs verib. Qərar verildiyi andan qüvvəyə minib. İBA rəhbərliyi siyasətin idmana təsir etmədiyi qənaətində olduğu üçün belə addım atıb. İdman prinsiplərinə əsasən bütün boksçulara bərabərliyi təmin edilməlidir. Hər iki ölkənin yığmaları yarışlara öz bayrağı altında qatılmaq hüququ da verilib. Çempionluq qazanıldıqda isə bu ölkələrin himnləri səsləndiriləcək.
Qeyd edək ki, qadağanın ləğvi Rusiya və Belarusdan olan hakimlər və digər texniki əməkdaşlara da şamil edilir.
- İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda
- Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - FOTO
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub