İki əfsanə üz-üzə: Nadal, yoxsa Cokoviç?
29.07.2024 - 09:33
İki əfsanə üz-üzə: Nadal, yoxsa Cokoviç?

Tennis üzrə iki əfsanə Paris Yay Olimpiya Oyunlarında üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, ilk raundda Marton Fuçsoviçi 2:1 hesabı ilə məğlub edən Rafael Nadal ikinci mərhələdə Novak Cokoviçin rəqibi olub.

Tennis tarixində ən çox Böyük Dəbilqə çempionluğuna sahib iki ad Paris-2024-də qarşı-qarşıya gələcək.

Ümumilikdə, 59 dəfə üz-üzə gələn Nadal-Cokoviç rəqabətində Novak Cokoviç 30:29 üstünlüyə malikdir. Paris-2024-ün keçirildiyi torpaq kortda Rafael Nadal rəqibinə qarşı keçirdiyi 28 matçdan 20-də qalib gəlib.

Cütlük sonuncu dəfə 2022-ci il Fransa Açıq Çempionatının 1/4 finalında qarşılaşıb və Rafael Nadal rəqibini 3:2 hesabı ilə məğlub edib.

Rafael Nadal 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Qeyd edək ki, bu, cütlük arasında keçiriləcək sonuncu qarşılaşma ola bilər. 

0