İlk rübün hesabatı: 40 danışılmış oyun
04.05.2023 - 12:31
İlk rübün hesabatı: 40 danışılmış oyun

Mərclərin Ədalətliliyi Beynəlxalq Assosiasiyası (İBİA) 2023-cü ilin ilk rübünün hesabatını açıqlayıb.

Apaaport.az saytının məlumatına görə, ilin ilk üç ayında 40 şübhəli oyun aşkarlanıb. 

Danışılmış olduğu ehtimallı matçlar 9 idman növünü əhatə edir. Belə görüşlər daha çox futbolda qeydə alınıb – 15.

Tennisdə 12, stolüstü tennisdə 4 matç “qara siyahı”ya düşüb. Kriket, basketbol və kiberidmanın hərəsində 2 oyun şübhə yaradıb. 

Digər üç növdə bir danışılmış görüş ehtimalı yaranıb. Bunlar boks, snuker və voleyboldur.

Avropada 24 belə matç keçirilib. Asiyada 6, Afrikada 4, Şimali və Cənubi Amerikanın hərəsində 2 oyun şübhələrə əsas verib. İki qarşılaşma isə qitələrarası görüşlərlə bağlıdır.

Ölkələr arasında İspaniya “liderdir”. Burada dördü futbol, dördü tennis olmaqla 8 danışılma ehtimallı matç baş tutub.

Qeyd edək ki, 2022-ci ilin 12 ayı ərzində 268 şübhəli qarşılaşmaya təsadüf olunub.

0