“İslamiadada medal qazanacağımı gözləyirdim”.
Bu sözləri "Apasport"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına ezam olunan əməkdaşına Azərbaycan üzgüçüsü Ramil Vəlizadə bildirib.
"Sadəcə, mükafatın əyarının necə olacağını bilmirdim. Çünki hazırlıq proqramımızda müəyyən dəyişikliklər var idi. Buna baxmayaraq, şükürlər olsun ki, fəxri kürsüdə yer almağı bacardım. Bundan sonrakı hədəfim də beynəlxalq yarışlarda Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq olacaq", - deyə idmançı bildirib.
Qeyd edək ki, Ramil Vəlizadə kişilər arasında 200 metr məsafəyə kəpənək üsulla üzməkdə 2.01.16 nəticə ilə İslamiadanın gümüş medalını qazanıb.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”