“Maklaren”in əsas səhmdarı dəyişdi
22.06.2023 - 21:12
Bəhreyn İnvestitsiya Fondu Formula-1-də “Maklaren”nin səhmlərinin böyük hissəsinə sahib çıxıb.
Apasport.az saytı xəbər verir ki, bu, fonda 510 milyon dollara başa gəlib.
Əvvəllər səhmlər Səudiyyə Ərəbistanı Fondu və Ares Managementə məxsus idi. Bəhreyn İnvestitsiya Fondu bu alqı-satqı nəticəsində kompaniyanın əsas səhmdarına çevrilib. “Maklaren” Direktorlar Şurasının əsas məqsədi təşkilatı daha effektiv idarə etməkdir.
Qeyd edək ki, Formula-1 yarışlarında “Maklaren” 8 mərhələdən sonra 17 xal toplayıb.
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
0
0