Paralimpiadaya 1 milyon bilet satılıb
18.08.2024 - 18:25
Paralimpiadaya 1 milyon bilet satılıb

Paris-2024 Paralimpiya Oyunlarına 1 milyon bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb.

Məlumatda Oyunlara biletlərin qiymətinin hamı üçün əliçatan olduğu bildirilib. Azarkeşlər 15 avroya yarışları izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-nə kimi davam edəcək.

0