Paris-2024: 55 yaşlı rekordçunun hekayəsi
28.07.2024 - 14:14
Paris-2024: 55 yaşlı rekordçunun hekayəsi

Paris Olimpiadasında atıcılıq idman növü üzrə yarışacaq gürcü idmançı Nino Salukvadze 10-cu Olimpiya Oyunlarında iştirak edən ilk qadın olub.

Apasport.az xəbər verir ki, 1988-ci ildən bəri hər Yay Olimpiya Oyunlarında çıxış edir.

Salukvadze 19 yaşında SSRİ-ni təmsil etdiyi ilk Olimpiadasında qızıl medal qazanmağı bacarıb. 10-cu dəfə qatıldığı Olimpiya Oyunlarında dünən poliqona çıxan idmançı 10 metr məsafə üzrə yarışda 38-ci olaraq mübarizəni dayandırıb. 

Buna baxmayaraq, onun medal şansı qalıb. Avqustun 2-də 55 yaşlı idmançı 25 metr məsafə üzrə yarışa qoşulacaq.

2008-ci il Pekin Olimpiadasında bürünc medal qazanan Nino Salukvadze 2016-cı ildə başqa bir ilkə imza atmışdı. Belə ki, o, övladı ilə eyni oyunlarda yarışan ilk idmançı kimi tarixə düşüb. Söhbət onun oğlu Tsotne Maçavarianidən gedir.

Nino Tokiodakı oyunlardan sonra karyerasını bitirməyi düşünürdü. Lakin bu il vəfat edən atası və məşqçisinin təkidləri ilə bu qərarından daşınıb. 

Qeyd edək ki, kişi idmançılar arasında 10 dəfə Olimpiya Oyunlarına qatılmaq rekordu kanadalı İan Millara aiddir.

0