Paris-2024: Günün proqramı
03.08.2024 - 09:38
Paris-2024: Günün proqramı

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün 3 yarışda təmsil olunacaq.

Akademik avarçəkənimiz Diana Dımçenko qadınlar arasında fərdi yarışda 13-18-ci yerlər uğrunda mübarizəyə başlayacaq. 

Qadınlar arasında üzgüçülük yarışında təmsilçimiz Məryəm Şeyxəlizadəxangah 50 m sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz isə növbəti dəfə öz gücünü sınayacaq. 

1 avqust

11:30. Akademik avarçəkmə
C finalı (13-18-ci yerlər uğrunda mübarizə)

Diana Dımçenko

13:00. Üzgüçülük (qadınlar, 50 m sərbəst)

Məryəm Şeyxəlizadəxangah

14:30. Basketbol 3x3, qadınlar
VII tur
Azərbaycan – Kanada

1