Paris-2024-ün son günü: Medal sıralaması
11.08.2024 - 09:59
Paris-2024-ün son günü: Medal sıralaması

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları bu gün başa çatacaq. 

Apasport.az xəbər verir ki, ölkəmiz yarışların son gününə aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medalla girir. 

Ölkəmiz bu nəticə ilə hələ ki, sıralamafa 28-ci yerdə qərarlaşıb. 

Qonşu dövlətlər- İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, qardaş ölkə Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır.


İlk "üçlük"də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.

Qeyd edək ki, Paris-2024-ün son günündə sərbəst güləşçimiz Maqomedxan Maqomedov 97 kq çəki dərəcəsində bürünc medal üçün döşəkçə üstünə çıxacaq. 

0