İtaliyanın Pesaro şəhərində aerobika üzrə dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, qadınlar arasında fərdi yarışda təsnifat mərhələsi baş tutub.
Yığmamızın heyətində ən yaxşı nəticəyə Dilarə Qurbanova imza atıb. O, təsnifat mərhələsini 31-ci pillədə başa vurub. Dilarənin çıxışı 18,450 balla qiymətləndirilib.
Bundan əvvəl Vladimir Dolmatov-Mədina Mustafayeva-Dilarə Qurbanova üçlüyü çıxışını başa vurub. Təmsilçilərimiz 19,211 balla 12-ci pilləni tutublar. Bu onları final mərhələsindən kənarda qoyub.
Qeyd edək ki, dünya çempionatında Vladimir Dolmatov-Dilarə Qurbanova qarışıq cütü çıxış edəcək.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı