“Vaşinqton Kepitals” seçim etdi
31.05.2023 - 00:34
“Vaşinqton Kepitals” seçim etdi

NHL təmsilçisi “Vaşinqton Kepitals”ın yeni baş məşqçsinin adına aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, komanda Spenser Karberi ilə 4 illk müqavilə imzalayıb.

Yeni mütəxəssis kluba tanış simadır. Karberi 2018-2021-ci illərdə “Vaşinqton”un fram-klubu “Herşi Börs”ə başcılıq edib. Bundan sonra o, iki il “Toronto Meypl Lifs”də köməkçi vəzidəsini tutub.

Qeyd edək ki, paytaxt təmsilçisi uğursuz mövsümdən sonra Piter Lavioletta ilə yollarını ayırmışdı.
 

0