[b]Azərbaycanda oynamış futbolçu ölkəsində rekorda şərik oldu[/b]
19.06.2018 - 21:08
[b]Azərbaycanda oynamış futbolçu ölkəsində rekorda şərik oldu[/b]

UEFA-nın rəsmi saytı asiyalı oyunçularla bağlı maraqlı məqalə hazırlayıb. Apasport.az xəbər verir ki, yazıda Asiya qitəsindən olan futbolçuların Avrokuboklardakı (Çempionlar Liqası və Avropa Liqası) müxtəlif göstəriciləri və rekordları göstərilib.

 

Belə ki, Çempionlar Liqasında ən çox meydana çıxan və ən çox qol vuran oyunçu özbəkistanlı Maksim Şatskixdir. Kiyev “Dinamo”sunun heyətində məşhurlaşan hücumçu 69 oyunda forma geyinib və 23 qola imza atıb. Oyun sayında onu Ji Sun Park izləyir. PSV və “Mançester Yunayted”də çıxış etmiş cənubi koreyalı 59 dəfə qitənin ən nüfuzlu klub turnirində boy göstərib. Onun həmyerlisi Hun-Min Son isə “Bayer Leverkuzen” və “Tottenhem” forması ilə 10 dəfə fərqlənərək bu göstəricidə ikincidi.

 

Ayrı-ayrı ölkələrin nümayəndələrinin avrokuboklardakı çıxışlarına nəzər salarkən azərbaycanlı futbolsevərlərə tanış bir ada rast gəlmək olar.

 

Belə ki, Türkmənistanı Avropada hamıdan çox iki oyunçu təmsil edib ki, onlardan biri meydana çıxdığı 14 oyunun hamısını Azərbaycan klubları ilə keçirən Nazar Bayramovdur. “Karvan” və “Neftçi”nin şərəfini qorumuş Bayramov Ruslan Minqazovla (“Skonto”, “Yabloneç”, “Slaviya”) şərikli rekordçudu.

0