"Srvena Zvezda" ardıcıl 7-ci dəfə çempion oldu
                    
                    03.05.2024 - 14:18
                        
                     
                    "Srvena Zvezda" Serbiya çempionatının 33-cü turunda evdə "Baçka Topola"nı məğlub edib - 2:1.
Sportlife.az xəbər verir ki, Belqrad klubu 84 xal toplayaraq çempionatın başa çatmasına 4 tur qalmış turnirin qalibi olub. İkinci pillədə qərarlaşan “Partizan” ardıcıl dörd görüşdə məğlub olaraq 70 xal toplayıb.
Qeyd edək ki, lider ardıcıl 7-ci dəfə Serbiya çempionluğunu qazanıb. Növbəti mövsümdə komanda Çempionlar Liqasında iştirak edəcək.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            