Maradonanın qəbri köçürülə bilər
03.05.2024 - 11:11
Maradonanın qəbri köçürülə bilər

Argentinalı sabiq futbolçu Dieqo Maradonanın məzarı  Buenos Ayresin mərkəzində yerləşən xatirə abidəsinə köçürülə bilər. 

Apasport.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Qəzetdə bildirilib ki, ulduz futbolçunun varisləri onun qalıqlarının qəbiristanlıqdan futbolçunun şərəfinə xüsusi olaraq tikilmiş və Puertoda yerləşən memorial əraziyə köçürülməsini istəyirlər. 

Medianın məlumatına görə, qərar “bütün varislər tərəfindən ümumi razılıq əsasında” Maradonanın cəsədi ilə bağlı araşdırmalar başa çatdıqdan sonra verilib.

Qeyd edək ki, Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə qəfil ürək dayanması səbəbindən vəfat edib. 

0