“Xəzər Lənkəran”ın baş məşqçisi məlum oldu - EKSKLÜZİV
14.11.2012 - 15:30
“Xəzər Lənkəran”ın baş məşqçisi məlum oldu - EKSKLÜZİV
“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, bu, ispaniyalı Karles Martorell Bakesdir.

Qeyd edək ki, Bakes 1994-1997-ci illərdə Barselona Universitetinin bədən tərbiyəsi ixtisasını bitirib. 1999-2002-ci illərdə İspaniya yığmasının fiziki hazırlıq üzrə məşqçilərindən biri olub. 2008-2010-cu illərdə İnzibati İdarəetmə Məktəbini də başa vurub.

İki il əvvəl isə məşqçilik kursunu bitirib. 39 yaşlı katalon çalışdırıcı “Barselona”da məşqçilik metodologiyası üzrə master dərəcəsi və FIFA PRO A məşqçi lisenziyasına (İspaniya Futbol Liqasında məşqçi işləmək üçün ən yüksək dərəcə) malikdir.

Eyni zamanda, Bakes peşəkar karyerasında “Barselona” klubunun nəzdində məşqçi-direktor kimi fəaliyyət göstərmişdir. “Xəzər Lənkəran”a gələnə kimi Kataloniya Futbol Federasiyasında çalışıb.

O, U-14 komandasını çalışdırırdı.
0