Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
28.09.2024 - 14:32
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü təsnifat mərhələsində 20.050 xalla ikinci olub.
Yaponiya (20.300) birinci, İtaliya (19.900) üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-da başa çatacaq.
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
- Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında olub
- Gimnastlarımızdan qızıl medal
0
0