Azərbaycanın ötən gün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan qadın güləşçisi Mariya Stadnik bu uğuru barədə təəssüratlarını bölüşüb.
Apasport.az xəbər verir ki, 35 yaşlı idmançı çox sevincli olduğunu deyib: “Hisslərim izaholunmazdır. 5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik”.
Qeyd edək ki, Stadnik karyerası ərzində 5-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu isə qadın güləşi tarixində ilkdir.
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu