“Araz-Naxçıvan” Türkiyə klubunu darmadağın etdi - 14:0
09.07.2025 - 17:24

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda “Bayburtspor”la üz-üzə gəlib.
Görüş Naxçıvan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.
0
0